UEFA araşdırmalar üçün qrant (subsidiya) ayrılması proqramının 2021/2022-ci il buraxılışını elan edib. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, böyük uğur qazanmış proqrama 2009-cu ildə start verilib. Proqramın əsas məqsədi doktoranturada təhsil alan və ya artıq elmlər doktoru dərəcəsinə malik olan, həmçinin Avropa futbolunu öyrənən və tədqiq edən şəxslərə vacib/səmərəli araşdırmalarında dəstək olmaq üçün 9 ay müddətində müəyyən sayda qrantların ayrılmasıdır. Daha çox təqdir olunan tədqiqat sahələri bunlardır: iqtisadiyyat, hüquq, tarix, menecment, tibb, siyasi elmlər, psixologiya və sosiologiya.

Qrant almaq hüququna tyiyələnmək üçün tədqiqatçılar UEFA-ya Milli Assosiasiyanın tövsiyə məktubunu təqdim etməlidirlər. Məktubda göstərilməlidir ki, Milli Assosiasiya müvafiq tədqiqat işini dəstəkləyir.

Beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə UEFA birgə/müştərək tədqiqat təkliflərini də qəbul edir. UEFA-nın üzvü olan 3 ayrı-ayrı Milli Assosiasiyanın ərazisində yaşayan 3 müxtəlif tədqiqatçının birgə müraciəti qəbul oluna bilər.

UEFA-nın qrant proqramının əsasnaməsinə uyğun gələn tədqiqatçılardan UEFA-nın qrant üzrə Münsiflər Heyəti imtahan götürəcək. Münsiflər Heyəti sədrdən, Avropa futbolunun təmsilçilərindən və Avropada idmanla/futbolla bağlı fəaliyyətləri ilə tanınan müəllimlərdən ibarətdir.

Münsiflər 6 müxtəlif Milli Assosiasiya tərəfindən dəstəklənən və hərəsi 15 000 avro dəyərində (və ya birgə müraciət üçün 20 000 avro) 5 qrant təqdim edəcək. 

UEFA-nın bu proqramı UEFA Akademiyası tərəfindən koordinasiya olunur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest