Reytinqin ilk pilləsində 2862 xalla norveçli dünya çempionu Maqnus Karlsendir. ABŞ şahmatçısı Fabiano Karuana (2823) ikinci, çinli Dinq Liren (2791) üçüncüdür.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın iki təmsilçisi yer alıb.
 
Şəhriyar Məmmədyarov 2770 xalla 9-cu, 2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu pillədə yer alıb.
 
Qədir Hüseynov (2665) 3 pillə irəliləyərək 71-ci yerlə kifayətlənib. Nicat Abbasov (2664) isə 4 pillə geriləyib və 70-cı sırada qərarlaşıb. 5 pillə irəliləyən Rauf Məmmədov isə 87-ci yerdədir.
 
Reytinqin ilk pilləsində 2862 xalla norveçli dünya çempionu Maqnus Karlsendir. ABŞ şahmatçısı Fabiano Karuana (2823) ikinci, çinli Dinq Liren (2791) üçüncüdür.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə 3 pillə irəliləyərək 2443 xalla 28-ci yerə yüksəlib. Bir pillə geriləyən Gülnar Məmmədova (2382) 80-cidir. 2376 xalı olan və 1 pillə irəliləyən Xanım Balacayeva 89-cu sırada yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest