"Milad bayramı və ilin sonu yaxşı istəklər, doğru qərarlar vermək üçün uğurlu zamandı". Matç.az saytı xəbər verir ki,  bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

Macarıstan mətbuatına açıqlamasında yeni il münasibətilə azarkeşləri təbrik edən italiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı arzularını da bölüşüb: "Macar futbol fanatlarına xoşbəxtlik, sevinc arzulayıram. Gələn il onların xəyalını gerçəkləşdirmək istəyirəm. özüm üçün nə edə bilərəm və oyunçularım nəyi həyata keçirə bilərlər? Xəyallarımızı gerçəkləşdirmək üçün sadiqlik, iradə və qətiyyət istisna olmaqla heç nəyə söz verə bilmərəm. Onlar arasında AVRO-2020-nin final mərhələsinə vəsiqə də var. Buna söz verməsəm də, ümid edirəm ki, arzumuz çin olar və Budapeştdəki final mərhələsi matçlarına çıxarıq".

Qeyd edək ki, Macarıstan seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Azərbaycan yığmaları ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest