UEFA Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsait – 190 000 (yüz doxsan min) avro AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.

UEFA növbəti dəfə “Qarabağ”ın hesabına maliyyə vəsaiti köçürüb.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
UEFA Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsait – 190 000 (yüz doxsan min) avro AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.
 
“Qarabağ” bu mövsüm Avropa Liqasının İ qrupunda “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparıb. Ağdam təmsilçisi qrupda 1 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest