02 Yanvar 2021, 22:19
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				 
 
	Onlayn formatda blits şahmat üzrə "Airthings Masters" turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.
	Matc.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.
	Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2.5, 1.5 hesabı ilə qələbə qazanıb.
	Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.
	Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.
				
         	
                                             
               
            
 










