UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.
 
Matc.az turnirin “Tvitter”dəki rəsmi səhifəsinə istinadən xəbər verir ki, onların arasında "Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın dəqiq zərbəsi də yer alıb.
 
23 yaşlı qanalı hücumçunun 2-ci turda İspaniya "Vilyarreal"ı ilə matçda vurduğu qolu ən yaxşılardan hesab edilib.
 
Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçirilmiş qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest