“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq. İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.
 
- Alvaro və Arturun gedişi mətbuatda təəccüblə qarşılandı...
- Hər iki futbolçuyla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və yollarımızı ayırdıq.
 
- İlkin Qırtımovla danışığınız olacaq?
- Danışıq olacaq, komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest