Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
Çempionlar Liqasında “Atalanta”ya (İtaliya) məğlub olan “Liverpul” bu turda “Brayton”la qarşılaşıb və xal itkisi ilə üzləşib. 
 
“Mançester Siti” isə “Bernli”ni 5 cavabsız qolla məğlub edib. 
 
“Everton” evdə “Lids”ə minimal hesabla uduzubsa, “Vest Bromviç” də “Şeffild Yunayted”i oxşar hesabla məğlub yola salıb.
 
İngiltərə Premyer Liqası
10-cu tur
27 noyabr
 
Kristal Pelas – Nyukasl 0:2
Qol: Uilson, 88. Joelinton, 90.
 
28 noyabr
 
Brayton – Liverpul 1:1
Qol: Qross, 90+3-pen – Jota, 60.
 
Mançester Siti – Bernli 5:0
Qol: Mahrez, 6; 22; 41; 69. Torres, 66.
 
Everton – Lids 0:1
Qol: Rafinya, 79.
 
Vest Bromviç – Şeffild Yunayted 1:0
Qol: Qallaxer, 13.
 
29 noyabr
 
18:00 Sauthempton – Mançester Yunayted
20:30 Çelsi – Tottenhem
23:15 Arsenal – Vulverhempton
 
30 noyabr
 
21:30 Lester – Fulhem
00:00 Vest Hem – Aston Villa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest