Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl "Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

Türkiyənin "Qalatasaray" klubunun oyunlarının birində Vətən müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.
 
Matc.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə "Facebook" səhifəsində yazıb.
 
O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb. Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.
 
Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl "Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.
 
Məmmədovun isə səs yazısı yayılıb. O həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbir evinə qədər gedəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest