Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun "Keşlə" ilə qarşılaşmasındakı 3:1 hesablı qələbə "Zirə" üçün yubileylərlə əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv bütün turnirlər nəzərə alınmaqla öz meydanında 50-ci qələbəsini qazanıb.
 
Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər qarşılaşmalarda 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
 
Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada 75-ci ev matçı və 35-ci qələbə olub. "Qartallar" öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.
 
Qeyd edək ki, 50 ev qələbəsindən 35-i Premyer Liqaya təsadüf edibsə, I divizionda 9 (15 oyun), Azərbaycan kubokunda 5 (8 oyun), UEFA Avropa Liqasında 1 (2 oyun) qalibiyyət əldə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest