Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr açıqlanıb.
 
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
 
Qərara əsasən, fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
 
1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
 
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
 
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
 
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
 
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
 
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
 
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
 
8. mühafizə xidmətləri.
 
Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub. Nazirlər Kabinetinin şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yaysa da, həmin siyahıda taksi xidməti yoxdur. Nazirlər Kabinetindən məlumat təsdiqlənib. Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidməti də fəaliyyət göstərməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest