Bu gün Aç-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçirilib.

Matc.az xəbər verir ki, bu matçlardan sonra gələn il baş tutacaq final mərhələsinə yüksələn sonuncu komandaların adına aydınlıq gəlib.

D yolunda Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, tarixi şansı qaçırıb. Əvəzində Şimali Makedoniya tarixində ilk dəfə qitə birinciliyində iştirak hüququ qazanıb.

A yolunda Macarıstan İslandiya önündə uzun müddət geridə olmasına baxmayaraq, son dəqiqələrdə nəinki məğlubiyyətdən qaçıb, hətta əzmkar qələbə qazanıb.

B yolunda Şimali İrlandiya – Slovakiya və C yolunda Serbiya – Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmada ev sahibləri son anda məğlubiyyətdən qurtulub və əlavə vaxta ehtiyac yaranıb. Belfastda Slovakiya əlavə vaxtda vurduğu qolla sevinən tərəf olub. Belqraddakı oyunda isə penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan şotlandlar Avropa çempionatına vəsiqə əldə ediblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan və 12 şəhərdə baş tutacaq Aç-2020-nin 20 iştirakçısı seçmə mərhələdə müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, çexiya, Uels və Finlandiyadır.

Aç-2020-nin pley-off mərhələsi
Final

12 noyabr

A yolu

Macarıstan – İslandiya 2:1
Qol: Neqo, 88. Soboslai, 90+2 – Siqurdsson, 11.

B yolu

Şimali İrlandiya – Slovakiya 1:2
Qol: Şkrinyar, 88-öz qapısına – Kuçka, 17. Duriş, 110.

C yolu

Serbiya – Şotlandiya 1:1 (penaltilər 4:5)
Qol: Yoviç, 90 – Kristie, 52.

D yolu

Gürcüstan – Şimali Makedoniya 0:1
Qol: Pandev, 56.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest