"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
 
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.
 
Prezidentin digər açıqlamasına görə, Ordumuz Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərini də işğaldan azad edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest