Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.
 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
 
O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
 
Tərtər - 423 mərmi
 
Ağdam - 49 mərmi
 
Ağcabədi - 24 mərmi 
 
Goranboy - 2 mərmi
 
Naftalan/Goranboy - "Smerç" raketləri.
 
Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest