Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Öncə qələbəyə və xala həsrət qalan “Səbail” “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı qonaqlar açsa da, ikinci hissədə iki qol vurmağa nail olan meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Günün digər oyununda da iki paytaxt klubu – “Keşlə” və “Zirə” üz-üzə gəlib. Bu oyunda da “Keşlə” iki dəfə hesabda önə keçdiyi halda, sonda meydanı məğlub tərk edib.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşıb – 2:2. Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

26 sentyabr

“Səbail” – “Sabah” 2:1
Qol: Ə.İsmayılov, 56-pen. R.Əliyev, 71 – R.Şeydayev, 27-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASCO Arena”, 18:00.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.

“Keşlə” – “Zirə” 2:3
Qol: S.Rodriqes, 10. D.Klots, 54 – K.Bauk, 21; 68. D.Volkov, 79-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov.
Bakı. “ASK Arena”, 20:15.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyuşko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Artur Batista, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 17. Kayo Rangel, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest