Avropa çempionatlarına qatıldığımız əvvəlki 6 seçmə mərhələdə yalnız bir dəfə son mundialın mükafatçısı yığmamızla eyni qrupda yer alıb. Bu da AVRO-2012-nin seçmə mərhələsinə təsadüf edib.

Xorvatiya millisi dünya çempionatında mükafatçılar sırasına düşdükdən sonra AVRO-nun seçmələrində Azərbaycan yığmasına rəqib olan ikinci komandadı. Matç.az saytı xəbər verir ki, balkanlılar AVRO-2020-də futbolçularımızı iki dəfə sınağa çəkəcək.

Avropa çempionatlarına qatıldığımız əvvəlki 6 seçmə mərhələdə yalnız bir dəfə son mundialın mükafatçısı yığmamızla eyni qrupda yer alıb. Bu da AVRO-2012-nin seçmə mərhələsinə təsadüf edib.

Dç-2010-un bürünc mükafatçısı Almaniya AVRO-2012-nin seçmə oyunlarında millimizi sınağa çəkib. Yığmamız hər iki oyunda uduzsa da, meydanı qolsuz tərk etməyib.

2010-cu il sentyabrın 7-də Kölndə meydan sahibləri 6:1 hesabı ilə qalib gəlib. 2011-ci il iyunun 7-də Bakıdakı görüşdə də Bundestim qələbə qazanıb. Millimiz evdə böyükhesablı məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, millimiz Dç-lərin seçmə mərhələlərində də son mükafatçı, hətta çempionlar görüşüb. Lakin bu triumfdan dərhal sonra deyil, digər böyük turnir AVRO-nun final mərhələsindən sonra gerçəkləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest