Artıq UEFA bu oyunla bağlı yekun qərarını açıqlayıb. Belə ki, 1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə “Linfild” oynamadan növbəti mərhələyə vəsiqə qazanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilməli olan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyununun koronavirusa görə təxirə salındığını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, buna “Drita”nın futbolçularında koronavirus aşkarlanması səbəb olmuşdu. Oyun ərəfəsində Kosovo klubunun kollektivindən götürülən analizlər nəticəsində iki futbolçunun virusa yoluxduğu üzə çıxmışdı. Bu üzdən də bütün komanda üzvləri karantinə alınmışdı.
 
Artıq UEFA bu oyunla bağlı yekun qərarını açıqlayıb. Belə ki, 1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə “Linfild” oynamadan növbəti mərhələyə vəsiqə qazanıb.
 
Qeyd edək ki, “Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest