"Səbail" daha bir futbolçusu ilə vidalaşıb. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, klub Obriqado Eriko ilə yollarını ayırıb.

Paytaxt təmsilçisi futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd eədk ki, "dənizçilər" daha öncə Fəhminn Muradbəyli ("Neftçi": icarə müddəti başa çatıb), Ruslan Hacıyev ("Qarabağ": icarə müddəti başa çatıb), Eltun Yaqublu (karyerasını bitirib), Şəhriyar Rəhimov ("Zirə"), Maykl Essyen, Eriko da Silva, Aqşin Qurbanlı ilə də yollarını ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest