Almaniyanın “Borussiya” (Dortmund) klubunun iki futbolçusu sıradan çıxıb.
 
Matc.az xəbər verir ki, Dormund təmsilçisi müdafiəçisi Mats Hummelslə yarımmüdafiəçi Marko Roysun xidmətindən məhrum olub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hummels komandanın son məşqlərindən birində ayaq biləyindən zədələnib. Onun İsveçrədə baş tutacaq təlim-məşq toplanışına qədər sıraya dönməsi ehtimal edilir.
 
Roysda isə əzələ problemi var. Bu üzdən də futbolçunun bərpa müddəti açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest