Növbəti mövsümdən La Liqada çıxış edəcək “Kadiz” Alvaro Neqredonu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, klub təcrübəli forvardla anlaşdığını bildirib.

Bu barədə “Kadiz”in prezidenti Manola Vizcaiono açıqlama verib. O, “Əl Nəsr”də forma geyinən 35 yaşlı futbolçunu tranfser etdiklərini təsdiqləyib.

Xatırladaq ki, komanda 12 ildən sonra yenidən La Liqaya yüksəlib.

Qeyd edək ki, ispaniyalı forvard 2017-18-ci illərdə “Beşiktaş”da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest