Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Monako"dan Benyamin Henriksi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Leyptsiq" 25 yaşlı müdafiəçini bir illik icarəyə götürüb.
 
"Leyptsiq" 2021-ci ilin yayında Henriksin transfer hüquqlarına sahib ola bilər.
 
Müdafiəçi Almaniya milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest