Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Matc.az xəbər verir ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
 
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.
 
Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest