"Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az klub saytına istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci il mövsümünün sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.
 
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest