Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi cənubi koreyalı hücumçu Hvanq Hi-çanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstriyanın "Zalsburq" klubundan transfer edilən 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Hi-çan bu mövsüm "Zalsburq"da meydana çıxdığı 40 oyunda 16 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest