İngiltərə Premyer Liqasının 33-cü turunda "Tottenhem" evdə "Everton"u 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu qələbə London klubunun baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

Belə ki, potruqaliyalı mütəxəssis Premyer Liqadakı 200-cü qələbəsini qazanıb. O, bu göstəriciyə sahib beşinci baş məşqçi olub.

Siyahıda Ser Aleks Ferqusyon (528), Arsen Venger (476), Harri Rednapp (236) və  Devid Moyes var (207).

Xatırladaq ki, Mourinyo 200-cü qələbəni ən tez qazanan mütəxəssislərdəndir. O, bu göstəricidə yalnız Ferqusyondan geri qalır. Şotlandiyalı baş məşqçi bu uğuru 322 oyunda əldə edibsə, Joze 326-cı matçında bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest