AVRO-2004-də də millimiz qrup sonuncusu olub. Lakin millimizin indiki baş məşqçisi Qurban Qurbanov üçün uğurlu alınan tsikldə Serbiya və Monteneqrodan 4 xal almaq mümkün olub. Qurbanov isə rəqibin qapısından 3 top keçirib.

Azərbaycan millisi tarixində 3-cü dəfə 5 komandalı qrupda mübarizə aparacaq. Matç.az saytı xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Slovakiya, Uels və Macarıstana rəqib olan yığmamız  indiyədək iki dəfə belə duruma düşüb.

Hər iki halda komandamız 5 yığma arasında 5-ci olub. Dç-1998-in seçmə mərhələsində millimiz İsveçrəni 1:0 hesabı ilə yensə də, bu 3 xaldan başqa heç nə edə bilməyib. Nəticədə yığmamız sonuncu olub.

İndiki rəqiblərimizdən Macarıstanın da yer aldığı qrupda Norveçlə Finlandiya da olub.

AVRO-2004-də də millimiz qrup sonuncusu olub. Lakin millimizin indiki baş məşqçisi Qurban Qurbanov üçün uğurlu alınan tsikldə Serbiya və Monteneqrodan 4 xal almaq mümkün olub. Qurbanov isə rəqibin qapısından 3 top keçirib.

İndiki rəqiblərimizdən Uelsin də yer aldığı həmin qrupda İtaliya və Finlandiya da mübarizə aparıb.

Digər seçmə mərhələlərdə və Millətlər Liqasında yığmamızın qrupunda 5-dən fərqli sayta komanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest