AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasına reaksiyaları dərc edən UEFA-nın rəsmi saytı E qrupunda çıxış edən Azərbaycan yığmasına da toxunub. Matç.az xəbər verir ki, qitə futbol qurumunda millimizin Xorvatiya ilə görüşlərini hələ də unutmayıblar.

Rəsmi sayt AVRO-2016-nın seçmə oyunundan şəkil və qısa qeydi paylaşıb: "Azərbaycan AVRO-2016-nın seçmə mərhələsinin ev oyununda Xorvatiya ilə 0:0 hesablı heç-heçə əldə edib. Baxmayaraq ki, səfərdə 0:6 hesabı ilə uduzmuşdu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest