"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Kicker"ə danışan alman qapıçı, katalonlarla müqavilənin uzadılması ilə bağlı danışıqların koronavirus səbəbiylə dayandırıldığını açıqlayıb:
 
"Bu yay "Barselona"dan ayrılmağım mümkün deyil. Menecerim və klub arasında ilk görüş keçirilmişdi, lakin sonra koronavirusla bağlı vəziyyət yarandı. Bir çox insanın həyatı ilə bağlı narahatlıq keçirdiyi bir vaxtda biz də sözləşmə ilə əlaqədar danışıqları təxirə salmağa qərar verdik. "Barselona"da özümü yaxşı hiss edirəm".
 
28 yaşlı qolkiper, La Liqa və çempionlar Liqasında mövsümün qalan hissəsi ilə bağlı gözləntilərini də bölüşüb:
 
"Fiziki olaraq yaxşı səviyyədəyik, amma bilirik ki, La Liqada "Real" bizə şans verməyəcək. çempionlar Liqasında şansımız var və bundan istifadə etmək istəyirik. Başa düşürük ki, futbol hər zamankından fərqli olacaq. Azarkeşlərin olmadığı oyun o qədər də gözəl deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest