"Neftçi" PFK kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb

"Neftçi" PFK kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il "ağ-qara" formanı geyinəcək.
 
Qeyd edək ki, Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. 
 
"Neftçi"də Mahmudovdan öncə Anton Krivotsyuk da yeni anlaşmaya imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest