"Milan" "Real"ın forvardı Luka Joviçin xidmətində maraqlıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı futbolçunu satın alma şərti ilə iki illik icarəyə götürmək niyyətindədir.

Məlumata görə, transferin reallaşmasında tək əngəl oyunçunun maaşıdır. Belə ki, Yoviç Madrid klubunda illik 5 milyon avro qazanır. “Milan” isə bu rəqəmə ödəyə bilmir. “Qırmızı-qaralar” oyunçudan güzəşt etməsini gözləyir.

Qeyd edək ki, gənc forvard cari mövsüm “Real”da 24 oyun keçirib və 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest