Almaniyanın “Şalke” klubu iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Jan-Kler Todibo ilə yarımmüdafiəçi Amin Arit zədələnib.
 
Onlar Bundesliqanın 26-cı turu çərçivəsində Dortmund “Borussiya”sına 0:4 hesabıyla uduzduqları oyunda sıradan çıxıblar.
 
Todibo ilə Aritin qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyi vurğulansa da, onların dəqiq sağalma müddəti barədə məlumat verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest