Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AÇ-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib

Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AÇ-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib. 
 
Matc.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Assosiasiya rəhbərliyi UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib. 
 
İspaniyanın Bilbao şəhəri də qitə birinciliyinin oyunlarını qəbul etməklə bağlı UEFA-ya zəmanət verib. Bu barədə TASS-a yerli Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bütün zəmanətləri dövlət orqanları verib: "Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq. Hazırda Bilbaonun 2021-ci ildə matçları qəbul etməmək ehtimalı azdı".
 
Daha əvvəl Rusiya və Danimarka da AÇ-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.
 
Qeyd edək ki, AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. 
 
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 
 
2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest