Misir milli komandasının və “Ayaks”ın sabiq futbolçusu Mido “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib

Misir milli komandasının və “Ayaks”ın sabiq futbolçusu Mido “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, keçmiş hücumçu, Zidanın “Real”a heç nə gətirmədiyini deyib:
 
“Real” mənim ən sevimli klubumdur. Zidana gəldikdə isə, onun komandaya nəsə gətirdiyini düşünmürəm. Bu vəziyyətdə bir söz deyirlər: bir qadınla iki dəfə evlənməzlər”.
 
Karyerası ərzində “Ayaks”, “Tottenhem”, “Roma”, “Barnsli” kimi klublarda top qovan Mido, Misir yığmasında 50 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest