Almaniyanın "Leyptsiq" klubunun futbolçuları məvaciblərinin bir qismindən imtina ediblər.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, komandanın futbolçularının koronavirus pandemiyası səbəbiylə maddi itkilər yaşayan kluba dəstək olmaq üçün məvaciblərinin bir qismindən imtina etdikləri bildirilib. Bununla da, futbolçular klubu və işçiləri dəstəklədiklərini bildiriblər.
 
"Bayer" klubu da futbolçuların məvaciblərini azaldacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, əsas komandanın üzvləri klubla keçirilən görüşdə məvaciblərinin azaldılmasına razılıq veriblər. Futbolçular, koronavirus pandemiyası səbəbiylə kluba dəyən maddi zərəri azaltmaq üçün bu addımı atıb. Komandanın kapitanı Lars Bender məsələylə bağlı bunları deyib:
 
"Son iki həftə ərzində bunu müzakirə etdik və nəhayət yekdilliklə razılaşdıq. Futbolçular koronavirus böhranını aradan qaldırmaq üçün göstərdiyi səydə kluba dəstək olmaq üçün məvaciblərinin bir hissəsindən imtina etməyə hazırdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest