"Əlbəttə. Bütün bunları bizim sağlamlığımız üçün deyirlər. İnsanlar özlərini qorumalıdır"

"Keşlə" futbol komandasının kapitanı Slavik Alxasovun müsahibəsi

- ölkədə karantin rejimi gücləndirilib. Vaxtınızı necə keçirirsiniz?

- Mən hazırda paytaxtdan kənardayam. İki həftədir ki, ailəmlə birlikdə rayonların birindəyəm. Burada vəziyyət sabitdir. Nə deyirlərsə, ona da riayət etməyə çalışırıq. Əsasən təmizliyə önəm veririk.

- Evdən çıxmaq məhdudlaşdırılıb. Buna əməl edirsinizmi?

- Əlbəttə. Bütün bunları bizim sağlamlığımız üçün deyirlər. İnsanlar özlərini qorumalıdır. 

- Premyer Liqada yaranan fasilə "Keşlə"nin oyunçularına çox təsir edəcək? Nəzərə alaq ki, komanda avrokubok və bürünc medal üçün mübarizə aparır...

- Bu fasilə təkcə bizə yox, bütün komandalara təsir edə bilər. çünki artıq 20 gündür heç nə etmirik. Sadəcə, evdə məşqlə kifayətlənirik. çempionatın da nə vaxt bərpa olunacağı bilinmir. Hazırda əsas olan insanların sağlamlığıdır, futbol ikinci plandadır.

- Sizcə, mövsümün bərpa olunmama ehtimalı varmı?

- Nə qərar veriləcəksə, ona da hörmətlə yanaşacağıq. Hər şey bizim sağlamlığımız üçündür. çünki ölkədə ağır virus var.

- Koronavirusla mübarizə məqsədilə fond yaradılıb. Siz də bu fonda yardım etməyi düşünürsünüz?

- Kim nə köməlik edirsə, Allah ondan razı olsun. Biz də çalışacağıq ki, müəyyən qədər yardım göstərək. Əlimizdən gələn köməyi etməyə hazırıq. report.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest