Rusiyanın Yekaterinburq şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri koronavirus epidemiyası üzündən dayandırılıb. Matc.az xəbər verir ki, FİDE turnirin I dövrəsindən sonra yarışı davam etdirməmək barədə qərar verib.

Hazırda nəticələr saxlanılıb və II dövrənin sonra keçiriləcəyi bildirilib. Lakin son 7 turun nə vaxt baş tutacağı bəlli deyil.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov məhz koronavirus səbəbindən yarışa qatılmaqdan imtina edib. Onu Maksim Vaşye-Laqrav əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest