Bildirilir ki, liqa dayandırlandan sonra bir neçə variant gözdən keçirilir. Ancaq A Seriyasının ümumiyyətlə oynanılmama ehtimalı daha böyükdür

A Seriyasında 2019-20 mövsümü tamamlanmayacaq. Matc.az xəbər verir ki, bu barədə "Gazetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, liqa dayandırlandan sonra bir neçə variant gözdən keçirilir. Ancaq A Seriyasının ümumiyyətlə oynanılmama ehtimalı daha böyükdür. Buna səbəb ölkədə koronavirus epidemiyasının sürətlə yayılmasıdır. Hökümət xəstəliyin qarşısını heç cür ala bilmir. Bu səbədən də çempionatın davam etməsi mümkün görünmür.

Başqa bir məlumata görə isə mayda da liqanın oynanılması mümkün olmasa, mövsüm tamamlanmayacaq. Bu vəziyyətdə isə  çempion elan olunmayacaq və heç bir komanda liqanı tərk etməyəcək.  

Qeyd edək ki, A Seriyası martın 9-da dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest