Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış matçı Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" "Sumqayıt"la üz-üzə gəlib. Sumqayıtlılar Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığından, səfərdən xal və ya xallarla dönmək arzusundaydı. Amma "Qəbələ" də sonuncu pillədə qərarlaşdığına görə mütləq qələbə qazanmağı hədəfləmişdi. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəlməklə hər kəsi təəccübləndiriblər.
 
Günün digər oyunu "Neftçi" ilə "Sabah" arasında baş tutub. "Ağ-qaralar" ikinci pillədəki mövqelərini qorumağa, "Sabah" səfərdən xal və ya xallarla dönməyə çalışıb. Lakin bu oyunda da meydan sahibləri darmadağınla qalib gəliblər.
 
Tura sabah keçiriləcək "Səbail" – "Zirə" və "Keşlə" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
XX tur
7 mart
 
"Qəbələ" – "Sumqayıt" 5:0
Qol: N.Raysel, 34; 89-pen. A.Seydiyev, 37. R.Muradov, 52. İ.Zuniç, 62.
Qəbələ şəhər stadionu.Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı

"Qəbələ": 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Jerar, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov

"Neftçi" – "Sabah" 4:0
Qol: S.Nərimancahan, 6. A.Krivotsyuk, 49. B.Dabo, 62. M.Abbasov, 90+1.
Bakı. "Bakcell Arena". Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
 
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Sabah: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 13. Filip İvanoviç, 9. Marko Deviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 70. Hüseynəli Quliyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 77. Cavid Tağıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 99. Ramil Şeydayev, 23. Amadu Diallo, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest