Futbolçularla yanaşı, onların ailələri, federasiya nümayəndələri də ora təşrif buyurublar. Hətta Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi də onlarla birlikdə olub.

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan üzərində böyükhesablı qələbə qazanan Kosovo pley-offda Makedoniyaya rəqib olub. Matç.az-ın yerli mətbuata istinadən məlumatına görə, komanda üzvləri Priştinadakı qarşılaşmadan sonra qələbəni qeyd ediblər.

Belə ki, görüşün ardından komanda evə buraxılmayıb, yerli otellərdən birində toplaşıb. Futbolçularla yanaşı, onların ailələri, federasiya nümayəndələri də ora təşrif buyurublar. Hətta Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi də onlarla birlikdə olub. Bir neçə qonağın da qatıldığı tədbir səhərə qədər davam edib, futbolçular musiqi sədaları altında əyləniblər.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest