Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da Təhlükəsizlik üzrə seminar keçirilib. Matc.az xəbər verir ki, UEFA-nın rəhbərliyi altında təşkil olunan seminar UEFA Avropa çempionatının final mərhələsinin oyunlarının keçirilməsinə hazırlıq məqsədi daşıyır. 
 
Tədbirdə Aç-2020-nin final mərhələsinə ev sahibliyi edəcək 12 şəhərlə bərabər Bakı şəhərindən Əməliyyat Qrupunun, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Baş Polis İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Xüsüsi Dövlət Mühafizə Xidmətinin nümayəndələri iştirak ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest