Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb. “Kimyaçılar” “Şaxtyor” klubu ilə qarşılaşıb

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, “kimyaçılar” “Şaxtyor” klubu ilə qarşılaşıb.
 
Qazaxıstan təmsilçisi ilə oyuna saat 18:00-da start verilib. Altı qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə yekunlaşıb.
 
“Sumqayıt” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstan “Kaposvar”ına 3:4 hesabıyla uduzub, Rumıniya “Politexnika İaşi” klubu ilə qollu bərabərə qalıb (1:1), Polşa “Arka”sını isə məğlub edib (1:0).
 
Yoxlama oyunu
25 yanvar
 
Sumqayıt – Şaxtyor 4:2
Qol: Əmir Ağayev, 27. Amil Yunanov, 49; 62. Rəhim Sadıxov, 59.
Antalya, “Titanic” otelin stadionu.
 
Sumqayıt: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 5. Cəmaləddin Xocaniyazov, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehdi Şərifi, 90. Rəhim Sadıxov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 8. Peyman Babayi, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest