Uels millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməsi baş məşqçi Rayan Giqqzə əlavə bonus qazandırıb. Uels Futbol Assosiasiyası çalışdırıcını mükafatlandırıb. Komandanın AVRO-2020-yə yollanması Giqqzin 400 min funt-sterlinq mükafat almasına səbəb olub.

Uels millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməsi baş məşqçi Rayan Giqqzə əlavə bonus qazandırıb. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Uels Futbol Assosiasiyası çalışdırıcını mükafatlandırıb.

Komandanın AVRO-2020-yə yollanması Giqqzin 400 min funt-sterlinq mükafat almasına səbəb olub. Qitə birinciliyinin hər bir iştirakçısına UEFA 8 milyon funt-sterlinq ayırıb. Uelslilər həmin məbləğin üçdə iki hissəsini oyunçular və yığmada işləyənlər arasında bölüşdürəcək.

Qeyd edək ki, Uels millisi A qrupuna İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Britaniyalılar italyanlarla Romada, digər rəqibləri ilə Bakıda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest