"Hər bir uşaq kimi, millinin formasını geyinmək mənim də xəyalım idi. O forma altında ölkəmizi təmsil etdiyim, himnimizi oxuduğum üçün çox xoşbəxtəm". Matc.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının müdafiəçisi Umut Meraş deyib.

Hazırda Fransada "Havr" klubunun formasını geyinən 24 yaşlı sol cinah oyunçusu ölkəsinin mətbuatına müsahibəsində AVRO-2020-dəki şanslarını dəyərləndirib. Umut çətin qrupa düşdüklərini bildirib: "İlk oyun İtaliyada, üstəlik, ev sahiblərinə qarşı açılış matçında. Komandamız böyük oyunları həmişə sevir. İndidən turnirdə keçirəcəyimiz oyunları düşünürəm. Digər iki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Elə hesab edirik ki, Türkiyədə oynayacağıq. Bu, bizim üçün üstünlükdü. İtaliya ilə görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm".

Futbolçu hədəflərinin qitə birinciliyini qazanmaq olduğunu vurğulayıb: "Ələbəttə ki, hədəf çempionluqdu. Bacardığımız qədər irəliləmək istəyirik. Hələlik yalnız İtaliya ilə görüşə baxacağıq. Ondan sonra davamının gələcəyinə inanıram".

Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest