"Avropa çempionatının açılış matçının İtaliyada keçirilməsi qəribədi. İtaliya qrup oyunlarını öz meydanında keçirəcək. Bu necə ola bilər?". Matc.az saytının məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ölkəsində ATV ilə A Haberin birgə yayımında sualları cavablandıran Türkiyə başçısı yayda keçiriləcək Avropa çempionatına da münasibət bildirib. O, iyunun 12-də İtaliya ilə Türkiyə arasında baş tutacaq açılış oyununun Romaya salınmasını düzgün hesab etmir.

Ərdoğan "ay-ulduzlular"ın yer aldığı A qrupunda Uels və İsveçrə ilə matçları zamanı Bakıya gələcəyini də əlavə edib: "Açılış oyunu zamanı Romaya getməyə bilərəm. Qrupdakı digər iki matçımız Bakıda keçiriləcək. Bakıdakı oyunlara gedə bilərəm. İlham Əliyev qardaşımla da danışmışıq, məni gözləyir. İnşallah, Bakıya gedib, iki oyunumuzu orda izləyəcəyik. ümid edirəm ki, qrupdan çıxarıq".

Qeyd edək ki, iyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest