Futbol üzrə İspaniya La Liqasında 17-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı "Selta" – "Malyorka" və "Espanyol" – "Betis" matçlarında qalib müəyyənləşməyib. "Xetafe" "Valyadolid" üzərində inamlı qələbəyə sevinib.

Madrid "Real"ı "Valensiya"lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. "Sevilya" isə "Vilyarreal"ı qəbul edib və məğlubiyyətlə üzləşib.

İspaniya La Liqası
17-ci tur

13 dekabr

Alaves – Leqanes 1:1
Qol: Xoselu, 82 – Breytveyt, 43.

14 dekabr

Qranada – Levante 1:2
Qol: Maçis, 60 – Roşina, 55. Bardi, 89.

Real Sosyedad – Barselona 2:2
Qol: Oyarzabal, 12-pen. İsak, 62 – Qrizmann, 38. L.Suares, 49.

Atletik – Eybar 0:0

Atletiko – Osasuna 2:0
Qol: Morata, 67. Saul, 75.

15 dekabr

Xetafe – Valyadolid 2:0
Qol: Kuku, 36. Anxel, 82.

Selta – Malyorka 2:2
Qol: Rafinya, 20. Aspas, 50 – Sevilya, 33-pen. Budimir, 83.

Espanyol – Betis 2:2
Qol: Darder, 19. Bernardo, 41 – İqlesias, 4. Bartra, 67.

Sevilya – Vilyarreal 1:2
Qol: El Haddadi, 61 – Albiol, 13. Ekambi, 74.

Valensiya – Real 1:1
Qol: Soler, 78 – Benzema, 90+5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest