Bu gün çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. Matc.az saytının məlumatına görə, A, B, C və D qruplarında son görüşlər keçiriləcək.

Oyunlar öncəsi komandaların baş məşqçiləri mətbuata fikirlərini bildirib. Onların bəzilərini diqqətinizə çatdırırıq.

Can Pyero Qasperini ("Atalanta"nın baş məşqçisi): "Hələ də növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparmaq imkanlarımız var. Bu bizə psixoloji güc verir. Komandamız böyüyür, yaxşılaşır, matça nikbin baxıram. "Şaxtyor"un turnirdəki mövqeyinə görə böyük şansı var. Onlardan risk etmək, qələbəyə oynamaq tələb olunmur, amma bizə yalnız 3 xal lazımdı".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "İdeya həmişə eynidi - yaxşı oyun və uğurlu nəticə. Yoldaşlıq oyunlarını sevmirəm. Bu, çempionlar Liqası matçıdı, nüfuzumuz təhlükə altındadı. Həmişə yaxşı futbol oynamaq istəyirik".

Mauritsio Sarri ("Yuventus"un baş məşqçisi): "çempionlar Liqasında oynamaq şərəfdi. Güclü və diqqət mərkəzində olan bir oyun görmək istəyirəm. çünki bu, həmişə hədəfimizdi. Tələbim nəticəyə baxmayaraq, keyfiyyətli oyundu. Avropadakı qələbələrimin sayı 21 oyuna çatıb. Hardasa məşqçi üçün ən uzun seriyanın 22 matç olduğunu oxumuşam. Deməli, uşaqlar bu oyunda qələbə qazanmasalar, onları öldürəcəm (gülür)".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Lokomotiv"in "Bayer"lə, eləcə də digər komandalarla oyunlarını izləmişəm. Məqsədimiz qol şansları yaratmaq və dinamik oyun qurmaqdı. Komandama, futbolçularıma güvənirəm. Bizim üçün belə çətin dövrdə sözlərimə necə reaksiya verdiklərini görürəm. Uğur gördüyümüz işlərin nəticəsində gələcək. Hamımızın necə olduğumuzu göstərmək üçün səbəbimiz var. çox çətin rəqibimiz var, həmişə qapanır və rəqabətdən qopmur. "Lokomotiv"lə oynamaq tətil deyil".

Xosep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Zədəli futbolçularımız çoxdu. Mövcud şərtlərlə ən yaxşı heyəti qurmaq niyyətindəyik. Artıq növbəti mərhələyə adlamışıq. İndi Premyer Liqa bizim üçün çempionlar Liqasından vacibdi. Rəqibə gəlincə, "Dinamo"nun sürətli oyunçuları var. İndiyə qədər qrup martçlarında ciddi rəqabət apara bildi. Onların daha da irəli getmək şansı var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest