"Yer aldığımız A qrupunda favorit göstərilə bilərik. Amma mən bunu yüksək riskli qrup adlandırardım. Həyəcanımıza nəzarət edərək, oyunlara daha yaxşı hazırlaşmalı və təvazökar şəkildə çalışmalıyıq. Avropa çempionatına qədər bir az da inkişaf etməliyik".

"Millimizin seçmə mərhələdə keçirdiyi 10 oyunun hamısında qələbə qazanması ölkəmizdə böyük sevinclə qarşılandı. İtalyanlar bunun coşğusunu yaşayırlar". Matc.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

O, yerli mətbuata açıqlamasında AVRO-2020-nin final mərhələsində yer aldıqları A qrupunu dəyərləndirib. Qravina qrupun favoriti kimi göstərilməyin onlar üçün riskli ola biləcəyini düşünür: "Yer aldığımız A qrupunda favorit göstərilə bilərik. Amma mən bunu yüksək riskli qrup adlandırardım. Həyəcanımıza nəzarət edərək, oyunlara daha yaxşı hazırlaşmalı və təvazökar şəkildə çalışmalıyıq. Avropa çempionatına qədər bir az da inkişaf etməliyik. Türkiyə ilə açılış matçı önəmlidi. çünki çox şeyə aydınlıq gətirə bilər. Bu, özümüzü dünyaya göstərəcəyimiz oyundu. Türkiyə önündə uğurlu nəticə əldə etmək üçün ən yaxşı performansımızı göstərməli və yüksək enerji ilə mübarizə aparmalıyıq".

Qeyd edək ki, İtaliya yığması A qrupunda Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq. "Skuadra Adzurra" bütün matçlarını Romada keçirəcəksə, digər komandaların duelləri Bakıda reallaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest