Türkiyə Futbol Federasiyasının əsas milliyə cavabdeh olan rəsmisi Səlim Soydan yerli mətbuata açıqlamasında AVRO-2020 ilə bağlı fikirlərini bölüşüb. Matc.az saytı xəbər verir ki, federasiya nümayəndəsi yığmanın A qrupuna düşməsini üstünlük sayır.

O, komandanın qitə birinciliyində uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Baş məşqçimiz Şenol Günəşə də, komandaya da inanıram. Biz AVRO-2020-də irəliləyəcəyik. İtaliya kimi çox güclü komanda ilə qarşılaşacağıq. Kim yaxşı oynasa, o da qalib gələcək. İtaliyada oynayan futbolçularımız var. Bu da üstünlükdü. İsveçrə və Uelslə Bakıda oynamaq bizim üçün üstünlükdü. öz meydanımızdakı kimi olacaq. Rəqiblər Azərbaycandakı oyunda bizə qarşı çətinlik çəkəcəklər. Bir az da futbol şansına ehtiyacımız var. Uğur qazanacağımıza inamım böyükdü".

Qeyd edək ki, AVRO-2020-nin açılış oyununu iyunun 12-də İtaliyaya qarşı keçirəcək Türkiyə millisi həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest