Fransa millisi Avropa çempionatı öncəsi yoldaşlıq görüşü üçün rəqib tapmaqda çətinlik çəkir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir neçə komanda dünya çempionları ilə qarşılaşmadan imtina edib.

Onlardan biri də Belçika yığmasıdı. Fransızlar qitə birinciliyi öncəsi belçikalılarla martda qarşılaşmaq təklifi ilə çıxış edib. Lakin qarşı tərəfin baş məşqçisi Roberto Martines mümkün məğlubiyyətin oyunçulara psixoloji təsir göstərəcəyindən qorxduğu üçün təklifi rədd edib.

Həmçinin Belçika həmin qarşılaşmada uduzmaqla FIFA reytinqində də birinci yeri əldən verə bilərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest