AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Slovakiya - Azərbaycan oyununa bilet satışı davam edir. 19 min 200 tamaşaçı tutumuna malik olan "Anton Malatinski" stadionunda baş tutacaq qarşılaşmanın bütün biletləri hələ satılmayıb.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Slovakiya - Azərbaycan oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, bu barədə məlumatı Slovakiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, 19 min 200 tamaşaçı tutumuna malik olan "Anton Malatinski" stadionunda baş tutacaq qarşılaşmanın bütün biletləri hələ satılmayıb. Həm stadionun kassalarından, həm də onlayn şəkildə biletləri əldə etmək hələ də mümkündü. Qiymətlər isə 1-ci kateqoriyaya 32, ikinci kateqoriyaya isə 22 avroyadı.

Qeyd edək ki, Slovakiya - Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest